Онлайн сервис для поискa
любых образовательных задач

Presentation Skills

Программа тренинга:

• Seminarın məzmununa və məqsədlərinə dair giriş hissə

• İştirakçıların ilk təqdimatı və gözləntiləri

• Başqalarının Sizin fikirlərinizi anlamasına və qəbul etməsinə necə nail olmaq?

• Təqdimatı həyata keçirən şəxsin özünə olan inamını təmin edən amillər

• Həyacan hissinin cilovlanması

• Diqqəti yayındıran görsənən nöqsanlar

• Diqqəti yayındıran eşidilən nöqsanlar

• Ötürülən məlumatın elementləri (ixtiyari və qeyri-ixtiyari ötürülən məlumatlar)

• Başqalarına təsir edə biləcək amillər

• Təqdimat zamanı düzgün “göz kontaktı”nın mühümlüyü

• “Bədən dili”nin təqdimat prosesində oynadığı rol

• Təqdimat prosesini həyata keçirən şəxsin özünə əminlik hissinin olması

• Təqdimat prosesini həyata keçirən şəxsin səsinin hər kəs tərəfindən eşidilməsinin vacibliyi

• Bədənin duruşu, qamət, jestlərin vacibliyi

• İntonasiya, ton, vurğular, səs rezonansı və nəfəs

• Yerli-yerində istifadə olunan pauzalar və nitqin sürətinin əhəmiyyəti

• Şablon ifadələrdən istifadə,  qarşılıqlı hörmət

• Mükəmməl təqdimatın planlaşdırılması

• Auditoriya yönümlü məqsədlər

• Auditoriyanın öyrənilməsi və vaxtın planlaşdırılması

• Təqdimatın keçiriləcəyi məkanın düzgün seçilməsi

• Kiçik və böyük auditoriyalarla işləmək üçün müxtəlif yanaşma

• Dinləyicilərə təqdim olunan məzmun

• Vizual vasitələr və onlardan istifadə qaydaları

• Mükəmməl və təsirli yardımçı vizual vasitərlərin hazırlanması

• Yardımçı vizual vasitələrlə auditoriya arasında əlaqə yaratmaq

• PowerPoint proqramının effektiv istifadəsi

• Auditoriyaya təsir etmək və verilən suallara asanlıqla cavab vermək

Документ об окончании

Sertifikat

Язык обучения

Английский

Дополнительная информация

Bu seminarlar öz işi ilə əlaqədar geniş auditoriya qarşısında və yığıncaqlarda təqdimat prosesini həyata keçirən şəxslər üçün nəzərdə tutulub.

Treninqin keçirilməsində əsas məqsəd Sizin təqdim etmə bacarıqlarınızı əsaslı şəkildə inkişaf etdirərək, auditoriyanı məlumatlandırmaq və ona təsir etmək vəzifənizi layiqincə yerinə  yetirməyi təmin etməkdir. Bu treninq vasitəsilə əldə etdiyiniz bacarıqlar Sizə dinləyicilərin  çoxluğundan aslı olmayaraq təqdim etmə prosesini daim uğurla həyata keçirməyə imkan verəcək. Bu həm təşkilatın, həm də  təqdimat prosesini həyata keçirən  şəxsin reputasiyasını qaldıracaq.

Treninq zamanı, Siz, verilən mövzular əsasında, seminarın digər dinləyiciləri qarşısında təqdimatlar hazırlayacaqsınız. Təqdimatlar, 10 dəqiqədən çox olmamaq şərtilə, Power Point və vizual yardımçı vasitələrdən istifadə etməklə hazırlanmalıdır.

Siz, proqramda nəzərdə tutulan mövzudan qırağa çıxmamalısınız.

Место проведения Тренер:

Место проведения:

Идет набор Дата проведения: На заказ Продолжительность: Лекции: 4 (часы: 16) Стоимость: 150.0 AZN

STIM International

  1. Заявка на тренинг
  2. ×
  1. Вход на сайт
  2. ×